Lənkəran rayonunun Boladi kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədova zəhərlənərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib və müalicələri xəstəxanada davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu