Məhkəmələr paylı mülkiyyətlə bağlı mübahisələrə belə baxacaq – YENİ QƏRAR

Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” qərardad qəbul edilib. 

Ali məhkəmədən Bizim.Media-ya bildirilib ki, sözügedən qərardadın tətbiqi nəticəsində paylı mülkiyyətlə bağlı mübahisələr üzrə məhkəmə çəkişmələri zamanı yaranan bir sıra problemlər öz həllini tapacaq. 

Belə ki, paylı mülkiyyətin digər iştirakçılarının mənafeyinin müdafiəsi baxımından ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunacaq. 

Vətəndaşların mənafeyinin müdafiəsinin səmərəli təşkili və prosessual qənaət prinsipi baxımından iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğu zaman, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdıracaq. 
 

Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən edərək cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul edəcək.


Bu qayda digər paylı mülkiyyətçilərin öz mülkiyyətini qoruyub saxlanması imkanının mövcudluğuna xidmət edəcək. 

Həmçinin, icra mərhələsində yarana biləcək mümkün problemlərin qarşısının alınması məqsədilə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəvəsi ilə FOTOLAR paylaşdı

Nəvəsi ilə FOTOLAR paylaşdı

“Sabah” bu futbolçuya yeni müqavilə təklif etdi

“Sabah” bu futbolçuya yeni müqavilə təklif etdi

Prezidentə təbriklər gəlməkdə DAVAM EDİR...

Prezidentə təbriklər gəlməkdə DAVAM EDİR...

İran İsrailin şimalında yaşayanlara XƏBƏRDARLIQ ETDİ

İran İsrailin şimalında yaşayanlara XƏBƏRDARLIQ ETDİ

Əraqçi regional həmkarları ilə Livanı müzakirə etdi

Əraqçi regional həmkarları ilə Livanı müzakirə etdi

Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO

Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

İran-ABŞ danışıqları dayandı: Neft sürətlə bahalaşır...

İran-ABŞ danışıqları dayandı: Neft sürətlə bahalaşır...

Aİ İsraili Livandakı müharibəni dayandırmağa ÇAĞIRDI

Aİ İsraili Livandakı müharibəni dayandırmağa ÇAĞIRDI

Bakıda yaşayanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Röya bayramda onlarla bir araya gəldi - VİDEO

Röya bayramda onlarla bir araya gəldi - VİDEO

Şəkinin iki kəndində qaz kəsiləcək

Şəkinin iki kəndində qaz kəsiləcək

Rusiyadan ən çox araq alan ikinci ölkə Azərbaycandır

Rusiyadan ən çox araq alan ikinci ölkə Azərbaycandır

Şəhid ailəsi üzvü olan 14 müəllimə ŞAD XƏBƏR

Şəhid ailəsi üzvü olan 14 müəllimə ŞAD XƏBƏR

DOST Agentliyində yeni TƏYİNATLAR

DOST Agentliyində yeni TƏYİNATLAR

FİFА DÇ-2026-da taktiki fasilələri QADAĞAN ETDİ

FİFА DÇ-2026-da taktiki fasilələri QADAĞAN ETDİ

İyunun ayının kosmik HAVA DURUMU

İyunun ayının kosmik HAVA DURUMU

Bakıda qayınata gəlinini öldürüb

Bakıda qayınata gəlinini öldürüb

DİN-dən onlayn kazino ƏMƏLİYYATI: saxlanılanlar var - VİDEO

DİN-dən onlayn kazino ƏMƏLİYYATI: saxlanılanlar var - VİDEO

"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib

"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib

Uşaq Qaynar Xəttinə daxil olan müraciətlərin SAYI

Uşaq Qaynar Xəttinə daxil olan müraciətlərin SAYI

Prezident İlham Əliyev Trampın hədiyyəsini Kaleb Orra göstərdi - VİDEO

Prezident İlham Əliyev Trampın hədiyyəsini Kaleb Orra göstərdi - VİDEO

Monteneqro Prezidenti Azərbaycana səfər edəcək

Monteneqro Prezidenti Azərbaycana səfər edəcək

End of content

No more pages to load

RADİO