Baş nazirin işdən çıxarılan müavini Elçin Əfəndiyev haradadır?

Prezident İlham Əliyevin aprelin 21-də yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən,xa0 baş nazirin müavinləri postunu tutan Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov işdən azad olunublar. Baş nazirin müavinləri Yaqub Eyyubov yenidən I müavin, Əli Əhmədov və Əli Həsənov müavin kimi yeni tərkibdə yer alıb. Hacıbala Abutalıbov da yeni hökumətdə baş nazir müavini təyin edilib. Qeyd edək ki, bu sərəncamadək baş nazirin 6 müavini vardı. Abutalıbov da daxil olmaqla onların sayı indi 4-ə endirilib.

Baş nazirin müavinlərinin sayının azaldılacağı barədə xəbərlər hələ seçkidən əvvəl də vardı. Bildirilirdi ki,xa0 ən azı iki müavin postu ləğv ediləcək. Həm Abid Şərifovun, həm Elçin Əfəndiyevin səlahiyyətlərixa0 digər müavinlər arasında bölüşdürüləcək, bir qismi isə ləğv olunacaq.xa0

Abid Şərifovun səlahiyyətlərinin Bakının sabiq icra başçısı H.Abutalıbova tapşırıldığı məlumdur.xa0 Kənd təsərrüfatı üzrə baş nazir müavini olan İ.Abbasovun səlahiyyətlərini belə görünür ki, Y.Eyyubov özü icra edəcək.xa0 Ammaxa0 E.Əfəndiyevin səlahiyyətlərinin kimə dövr edildiyi barədə dəqiq bilgi yoxdur. Mümkündür ki, Nazirlər Kabinetində bu məsələ hansısa şöbə səviyyəsində həll edilsin. Sirr deyil ki, E.Əfəndiyevxa0 işlədiyi 22-il müddətindəxa0 xüsusi işi ilə yadda qalmayıb.xa0 xa0 xa0

xa0“Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var”. Bu sözləri gununsesi.info-yaxa0 açıqlamasında baş nazirin sabiq müavini Elçin Əfəndiyev yeni hökumətdə yer almaması barədə danışarkən deyib. Elçin Əfəndiyev bildirib ki, uzun illər çalışdığı vəzifədə dövlətə xidmət göstərib: "İnanıram ki, yeni gələnlər də Azərbaycanın uğurları üçün çalışacaq. Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafı bundan sonra da davam edəcək. Mən yeni təyin olunan şəxslərə uğurlar arzu edirəm".

Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, Elçin Əfəndiyev bunları deyib: “Bundan sonra yeni əsərlər yazacam. Buna vaxtım olacaq. Sizlər də oxuyarsınız”.xa0

Yeri gəlmişkən, iddialar var ki, yüksək vəzifədə olduğu vaxt E.Əfəndiyev teatrlarda daha çox öz pyeslərinin səhnələşdirilməsinə çalışıb. Maraqlıdır ki,xa0 Akademik Milli Dram Teatrının 2018-ci ilin aprel ayı üçün olan repertuarında Əfəndiyevlərə məxsus dörd tamaşa yer tutduğu halda vəzifədən çıxarıldıqdan sonra vəziyyət dəyişib. 2018-ci ilin may ayı üçün olan repertuarda Əfəndiyev imzası ilə cəmi bir tamaşaya yer verilib. (mənbə: sputnik.az).xa0 xa0Teatrın mətbuat xidməti isəxa0 xa0Əfəndiyevlərin əsərləri əsasında hazırlanan tamaşalarınxa0 səhnədən yığışdırılmasını təkzib edib.

Əfəndiyev 1943-cü il may ayının 13-də xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub.

Elçin Əfəndiyev Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib, “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Əsərləri müxtəlif xarici dillərə tərcümə edilib. Azərbaycan Ali Sovetinin deputatı olub.

Elçin Əfəndiyev həm də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - “Vətən” Cəmiyyətinin sədri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra dövlət komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumlarının üzvüdür.

22 il baş nazirin müavini olmuş E.Əfəndiyevin mayın 13-də 75 yaşı olub.xa0 xa0

Qeyd edək ki, E.Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev də uzun müddət-27 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. 2014-cü ildən bu günə qədər isə Bakı Xoreoqrafiya Akademiyasının rektorudur.xa0 Sabiq nazir müavininin qızı Günay Əfəndiyeva isəxa0 Türk Mədəniyyəti və İrsi Fondunun prezidentidir.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Dünyanın ən çox satılan telefonları açıqlandı

Dünyanın ən çox satılan telefonları açıqlandı

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

End of content

No more pages to load

RADİO