Bakı metrosundakı nasazlığın SƏBƏBİ açıqlandı – Xüsusi iclasın nəticəsi olacaqmı?

Xəbər verdiyimiz kimi, dekabrın 4-də "Bakı metrosunda "yaşıl xətt" üzrə "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 may" stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu da sərnişin sıxlığına, intervalın artmasına səbəb olub. 

"Bakı Metropoliteni" QSC-də yaşanan nasazlıqla bağlı bu gün xüsusi araşdırma iclası keçirilib. 

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" tərəfindən dünənki hadisədən sonra ilkin qəbul olunmuş qərara əsasən, hadisənin baş verməsindən 1 saat sonra N Nərimanov Elektrik Deposundakı qatarlara baxış keçirilib, hər hansı bir problem  müşahidə olunmayıb.

İkinci olaraq isə bütün maşinist heyətinə əlavə təlimatlar keçirilib.

"Belə hallarda ən vacibi odur ki, sərnişin və hərəkət təhlükəsizliyinə ziddiyət təşkil edən  hal yoxdur.  Problemin kökü sərnişin sıxlığının olduğu bir vaxtda "28 May" stansiyasında qatardan sərnişinlərin düşürülməsi olub.

Bəxtiyar Məmmədov problemin əsas mahiyyətini belə izah edib:

"Problem budur ki, "Yaşıl" və "Qırmızı" xəttimiz "28 May" stansiyasında birləşir və "Həzi Aslanov"  istiqamətində bir xəttli hərəkət təşkil olunur. Yəni, qatarda nasazlıq müəyyən olunanda onun xəttən çıxarılması yalnız N.Nərimanovdakı depodan aparılır. Amma "Yaşıl Xətt"in öz deposu olsaydı, həmin istiqamətdə ehtiyat qatarı verilməklə Dərnəgül-Əhmədli istiqamətində sərnişinlərin daşınması normal qaydada təmin oluna bilərdi".

Müsahibimiz onu da bildirib ki, Bakı şəhərinin təsdiq olunmuş Baş Planında xətlərin ayrılması göstərilib.

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

End of content

No more pages to load

RADİO