Yeni il tətilində dincəlmək İSTƏYƏNLƏR – Bölgələrdə kirayə evlər NEÇƏYƏDİR?

Paytaxt sakinlərinin əksəriyyəti Yeni il bayramını daha əyləncəli keçirmək üçün Bakıdan kənara can atır.

Büdcəsi imkan verənlər xarici ölkələrə, bir qism isə bölgələrə üz tutur.

Amma daha çox insan rayonlara və əsasən də kirayə evlərə üstünlük verir. Bunun da başlıca səbəbi hotellərin qiymətinin daha baha olmasıdır.

Bəs, bu il bölgələrdə kirayə evlərin qiyməti neçəyədir? Ümumiyyətlə daxili turlar neçəyə başa gəlir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hər il bayramlarda bölgələrə istirahətə gedənlərin sayı artır:

Bu il də yəqin 1 həftəlik tətil günlərində rayonlara axın olacaq.

Böyük ehtimalla bu il də vətəndaşlarımız bayram günlərində həm ölkə daxilinə, həm də Azərbaycandan kənara səyahətlər planlaşdırırlar. Xüsusən, bu qısa müddətdə regionlara tələbat daha çox olacaq. Ona görə hazırda regionlardakı otellər bununla bağlı təqdimatlara, kampaniyalara hazırlaşırlar. Eyni zamanda ölkə xaricinə müxtəlif istiqamətlərdə turlar təşkil olunur. 300-400 manata ölkə xaricinə səfər imkanları olduğunu görürük”.

Ekspert deyir ki, ölkə daxilində isə bu səfərlər 100-120 manatdan başlayaraq 500 manat arasındadır:

“Hətta Yeni il şənlikləri olarsa, 1000 və ya ondan daha yuxarı qiymətə turistik paketlər təklif olunur. Düzdür, bəzi insanlar deyir, bu, bahadır, bəzilərinə isə uyğun görünür. Bir qism də hesab edir ki, bu məbləğə xaricdə dincəlmək olar. Bu da doğrudur. Amma məsələ odur ki, tələbat və ona uyğun da alıcı var”.

Ekspertin fikrincə, ötən illə müqayisədə hotel və kirayə evlərdə qiymətlər qalxmayıb:

“Deməzdim ki, qiymətlər qalxıb. Əksinə, məkanlar çoxalıb. Hər il yeni məkanlar, otellər açılır.

Kirayə evlərin, villaların sayı artıb. Evlərdə daha uyğun qiymətə ailə ilə qalmaq mümkündür.

Bu məbləğ günü, yaxud sutkası 50-60 manatdan başlayaraq, 500 manatadək dəyişə bilir”.

Ceyhun Aşurov onu da bildirib ki, dincəlmək üçün bölgələri seçənlər əsasən Bakıya yaxın bölgələrimizə, yolu daha asan məkanlara üz tuturlar.

Rəna Cumaqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

End of content

No more pages to load

RADİO