Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, "Khazar" markalı maşınla "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, təcili yardım avtomobili isə aşıb.
Bizim.Media