FHN-dən dəm qazı təhlükəsi ilə bağlı müraciət – VİDEO

Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Havaların soyuması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Belə ki, istiliyə tələbatın artdığı bu mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir.

Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

• istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

İki futbol klubunun adı dəyişdirildi

İki futbol klubunun adı dəyişdirildi

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

End of content

No more pages to load

RADİO