Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salındı - FOTO

Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.
 

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".


Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: "Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir".

Qeyd edək ki, ixrac yüklərinin müntəzəm olaraq Çinə göndərilməsi ADY ilə yanaşı, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də yükdaşıma və yükaşırma həcm və gəlirlərinin artımı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq dövlət - özəl tərəfdaşlığının bariz nümunəsi olaraq Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əsas operatorlarının səmərəli və koordinasiyalı şəkildə birgə çalışmalarının göstəricisidir.
 

Belə ki, sözügedən ixrac məhsulları daha öncə Gürcüstanın Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxırdısa, hazırda bu əməliyyatlara paralel olaraq ADY, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycanın öz liman və imkanlarından istifadə edərək yeni logistik həllərin yaradılması ilə bu prosesi birbaşa həyata keçirəcəklər.


Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

“Sabah”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın potensial rəqibi bəlli oldu

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

8 gün iş OLMAYACAQ —TƏQVİM

8 gün iş OLMAYACAQTƏQVİM

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Övladla görüşə maneə yaradan valideyni nə gözləyir? – Hüquqi izah

Övladla görüşə maneə yaradan valideyni nə gözləyir? – Hüquqi izah

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

“Adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan”- Video

“Adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan”- Video

Hövsanın bəzi hissəsində su kəsiləcək

Hövsanın bəzi hissəsində su kəsiləcək

Yeni il tətili 11 gün olacaq

Yeni il tətili 11 gün olacaq

Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO

Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO

Madonna özündən 37 yaş kiçik sevgilisi ilə yenidən GÜNDƏMDƏ

Madonna özündən 37 yaş kiçik sevgilisi ilə yenidən GÜNDƏMDƏ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ

Sumqayıtda "103" xidmətində problem yarandı

Sumqayıtda "103" xidmətində problem yarandı

End of content

No more pages to load

RADİO