Ekoloji təmiz yumor qıtlığı...

Böyük Avstriya yazıçısı Nobel mükafatı laureatı Elias Kanettinin əsərlərinin içərisində “Avtobioqrafiya” xüsusi yer tutur. Onun bu əsərindəxa0 yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında düşüncələri diqqətimi cəlb etdi. Kanetti yazır ki, ötən əsrin 20-ci illərində onunla möhtəşəm görüşlər keçirilirmiş: “Karl Kraus birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausunxa0 mühazirələrində insanlar ayrı-ayrı gülməzdilər, birgəxa0 və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər”.

Yumor həqiqətən ciddi işdir. İnsanlar təbiət etibarı ilə yumora meyllidirlər. Məşhur yumoristlərdən birinin fikridir: “Yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır”.xa0

Bizim yumorumuz ekoloji təmizdirmi? İndi ölkədə açıq-aşkar təbii yumor qıtlığı yaşanılır. Bizi güldürmək istəyənlər özlərinə auditoriya formalaşdırıblar. Əksəriyyət şou- biznes əhlidir. Bizim gülüş - bu və ya digər qrupa aid olanların gülüşüdür. Yəqin ki, rast gəlmisiniz, vaqonda yol gedən bir qrup adam bir-birilərinə onlar üçün komik olan tarixdən danışıb ürəkdən gülürlər. Sizin onlar kimi gülməyiniz üçün həmin kampaniyanın üzvü olmalsınız.xa0xa0

Yumor qıtlığı lətifə “janrı”nı gücləndirir. Bernard Şou deyirdi: “Yumor iti ağlın məhsuludur”. Tanıdığım bir dilçi akademik kimi görürsə lətifə danışır. Lətifəni qurtarmamış isə birinci özü gülür. Hörmət əlaməti olaraq sən də gülməyə biməzsən.xa0

Nazirlərdən birinə televiziyada sual verildi ki, ən çox nəyə ürəkdən gülmüsünüz? Dedi ki, bir müharibə veteranı orta məktəb müəllimimizin ayağının biri protez idi. Bizi məktəbin həyətinə çıxarmışdı. Bərk əsən külək onun üstünə aşdı və protez ayağı ağacın altında qaldı. Buna gülmüşəm, dedi...
15 il nazir işləmiş bir professor görün nəyə ürəkdən gülüb. Mən o naziri yaxşı tanıyıram, o da lətifə danışa bilmir.xa0xa0

Dahi Berqsonun “Gülüş” adlı məşhur bir əsəri var. O, yazır: “Heyvanın insana bənzər hərəkəti, yaxud pozası bizi heyrətləndirəndə ona gülürük..”Bəs insanın özünü heyvana bənzətməsi? Əlbəttə ki, bu da gülüş yaradır. Kişi qadın davranışı nümayiş etdirəndə ona da gülmürükmü?xa0

Bu saat dəbdə olan “Bu şəhərdə”nin konsertinə televiziyada maraq üçün bir az baxmışam. Rafaellə Coşqun artıq onlara gülən auditoriyanı formalaşdırıblar. Onlar bu auditoriya üçün istənilən şit hərəkətləri çəkinmədən edirlər.xa0

Yaxşı xatırlayıram, “Parni iz Baku” KVN komandasınınxa0 konsertlərinə rəhmətlik Heydər Əliyev də tamaşa edirdi. Anar Məmmədxanlı və onun komandası intellektual səviyyələri ilə maraqlı yumoristik səhnələr yarada bilirdilər. Zalda xeyli intellektual sifətlərə də rast gəlmək olurdu. Onlar eyni zamanda çəkinmədən dövlət adamlarını parodiya edirdilər.xa0

Vaxtilə oynanılan komediyaların tərbiyəvi xüsisiyətləri çox böyük idi. O, vaxtın aktyorları hamilə qadın qiyafətinə girərdilərmi, yaxud özlərini heyvana bənzədərdilərmi? Əxlaqları və xarakterləri buna yol verməzdi.

İctimai yerlərdə gənclərin davranışlarına fikir verirsinizmi? Dəridən-qabıqdan çıxırlar ki, kimisə güldürsünlər. Təlxək gənclik formalaşıb. Gənclərə bütün bu təlxəklikləri fərdalar, coşqunlar və rafaellər aşılayıb. Televiziyalarda addımbaşı onların reklamı verilir. Ekologiyası çirklənmiş yumoru bizim “intellektual” televiziya rəhbərləri mənzilimizə doldururlar.xa0
Məncə, onlar da vaqon səyahətçiləri kimi ayrıca bir qrup təşkil edirlər...xa0

Etibar Əliyev, Fəlsəfə doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

End of content

No more pages to load

RADİO