Cəbrayılda 240 MVt gücündə Günəş Elektrik Stansiyasının təməli qoyulub

COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.

Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.

Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. Şəfəq GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpa olunan enerjidən istifadə ediləcək və bp-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcəkdir.

Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcəkdir.

Şəfəq Günəş Elektrik Stansiyasının səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla, layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

Pekindən dünyaya mesaj? - Çin yeni nüvə gücünü göstərdi - VİDEO

Pekindən dünyaya mesaj? - Çin yeni nüvə gücünü göstərdi - VİDEO

Sərxan Əmirquliyev yeni vəzifəyə təyin edildi

Sərxan Əmirquliyev yeni vəzifəyə təyin edildi

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Astaranın iki kəndində qaz kəsiləcək

Astaranın iki kəndində qaz kəsiləcək

2026-cı ilin ən arzuolunan 5 qadın saatı – FOTO

2026-cı ilin ən arzuolunan 5 qadın saatı – FOTO

Zakir Həsənov Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar VERDİ

Zakir Həsənov Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar VERDİ

300 top atəşi, yüzlərlə şahid və bir qadının FACİƏSİ

300 top atəşi, yüzlərlə şahid və bir qadının FACİƏSİ

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Dəhşətli qəzada ölən Elmirin FOTOSU

Dəhşətli qəzada ölən Elmirin FOTOSU

Melaniya Tramp hara yoxa çıxıb? -Bu il cəmi 14 dəfə ictimaiyyət qarşısında görünüb

Melaniya Tramp hara yoxa çıxıb? -Bu il cəmi 14 dəfə ictimaiyyət qarşısında görünüb

Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

End of content

No more pages to load

RADİO