Qüdrət Həsənquliyev yenidən BAXCP-nin sədri seçildi- FOTO

Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V Qurultayı keçirilib.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V Qurultayı keçirilib. Qurultayda BAXCP sədri görülən işlər, qarşıda duran vəzifələr barədə hesabat xarakterli çıxış edib.

O, BAXCP-nin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini qeyd edib.

O əlavə edib ki, partiyanın qarşısında duran məqsəd demokratiyanın dərinləşməsi, ölkədə çoxpartiyalı sistemin möhkəmlənməsinə dəstək verməkdir:

“Azərbaycan Şərq və müsəlman ölkəsidir. Bizdə demokratik ənənələrin yaranması üçün parlamentli respublika ən yaxşı modeldir. Azərbaycanda bu modelə keçmək lazımdır. Biz bu məsələni qaldıranda Gürcüstan və Ermənistanda həmin modelə keçməklə bağlı müzakirələr yox idi. Lakin Gürcüstan artıq bu modeli seçib. Ermənistan da yaxın günlərdə bu sistemə keçəcək”.

Partiya sədri əlavə edib ki, BAXCP ölkədə proporsional seçki sistemi yaradılmasının tərəfdarıdır. O, bu sistemin yaradılacağı təqdirdə seçicilər fərdlərə deyil, partiyalara və ideyalara səs verəcəyini deyib:
“Biz bu seçki sisteminin bərpa edilməsini istəyirik və bu istiqamətdə iş aparırıq”.

Sonra Ali Məclisin sədri Vaqif Abışov və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli qurultaylararası dövr üçün hesabatlarını qurultay nümayəndələrinin diqqətində çatdırıblar.xa0

Hesabat məruzələrindən sonra qurultay nümayəndələri çıxış edərək BAXCP sədri Qüdrət Həsənquliyevin, Ali Məclis və MNTK sədrlərinin hesabatlarını qənaətbəxş hesab etdiklərini bildiriblər. Çıxış edənlər BAXCP sədrliyinə yenidən Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər.xa0
Qurultayın gündəliyinə uyğun olaraq hesabat məruzələri səsə qoyulub və qənaətbəxş hesab edilib.xa0
Daha sonra BAXCP sədrliyinə namizədlərin irəli sürülməsinə başlanılıb. Çıxış edənlər BAXCP sədrliyinə yenidən Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər. Səsvermə nəticəsində Qüdrət Həsənquliyev yenidən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilib.xa0

Qüdrət Həsənquliyev qurultay nümayəndələrinə təşəkkür edərək qarşıdakı dövrdə ona göstərilən etimadı doğruldacağını, partiyanın gücləndirilməsi, nüfuzunun möhkəmləndirilməsi istiqamətində çalışacağını bildirib.

Qurultayda rayon və şəhər təşkilatlarının hesabat-seçki yığıncaqlarında seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətləri təsdiq olunub, Mərkəzi Nəzarət-Təftiş Komissiyasi yenidən formalaşdırılıb, Qurultay nümayəndələri adından Azərbaycan xalqına müraciət qəbul olunub.

Beləliklə, BAXCP-nin V Qurultayı öz işini başa vurub.

Qurultaydan sonra BAXCP Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Nizamnaməyə əsasən Ali Məclisə BAXCP sədrinin təqdimatı ilə Məclis üzvlərinin sayının 1/3-i qədər yeni üzvlər seçilib.
Vaqif Abışov Ali Məclisin sədri, Faiq İsmayılov və Bəhruz Cabbarlı sədr müavinləri, Yeganə Dilbazi Ali Məclisin katibi seçiliblər.

Ali Məclisin iclasında BAXCP İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. BAXCP sədrinin təqdimatına əsasən Yaşar Kələntərlinin baş katib postuna təyinatı təsdiqlənib.











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

End of content

No more pages to load

RADİO