İqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan modeli – Kiçik dövlətlərin çağırışlarını böyük dövlətlər niyə eşitmək istəmir? - TƏHLİL

Dünyanın gözü Bakıdadır. Sivilizasiya bu günlərdə Bakı ilə nəfəs alır desək, bəlkə də mübaliğəsiz olar. Çünki noyabrın 11-dən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Sammitin işində 80-dan artıq dövlət və hökumət başçısı, çox sayda beynəlxlaq təşkilatların, maliyyə qurumlarının və QHT-lərin təmsilçisi iştirak edir. Ümumilikdə isə yaxın 12 gündə Azərbaycana 75 mindən artıq qonağın gələcəyi və COP29 tədbirlərinə qatılacağı gözlənilir.

Təsadüfi deyil ki, “The Washington Post” nəşri yazır:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya COP29 Bakıda, Azərbaycanda başladı. Donald Trampın prezident seçkilərində qələbəsindən bir neçə gün sonra başlayan toplantı dünyanın diqqət mərkəzində olan ən əsas tədbirdir. Yer kürəsinin ardıcıl ikinci ən isti ilini yaşamağa hazırlaşdığı bir vaxtda keçirilən tədbir noyabrın 22-dək davam etməsi planlaşdırılır. Bu Sammitdə dünyanın əksər ölkələrindən nümayəndələr iştirak edir və onlar qlobal istiləşmə ilə mübarizə tədbirlərindən danışacaqlar”.

Qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan modeli

Doğrudan da, dünya antropagen təsirlər nəticəsində çətin durumla üz-üzə qalıb. Əgər yaxın zamanda qlobal orta temperaturun yüksəlməsi 1,5 dərəcə selsi ilə məhdudlaşdırılmasa dünyamızı çox acınacaqlı fəlakətlər gözləyir. Bu mənada COP29 sammiti qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm mərhələ ola bilər. Ekspertlər hesab edir ki, əgər COP28-də kömür, neft və qazdan uzaqlaşma təklif olunurdusa, Bakıda daha uğurlu çağırışlar olacaq və Azərbaycan dünyaya yaşıl enerjinin yeni imkanları və bu imkanları Qərbə ötürmək üçün yeni “yaşıl dəhliz” təqdim edəcək. Beləcə qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan modelinin təqdimatı olacaq. Axı Azərbaycan hazırda dünyada günəş enerjisi istehsalı üzrə sürətlə inkişaf edən ilk 5 ölkədən biridir. Tək bir faktı deyək ki, Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kilovatsaata çatıb.

Bundan başqa, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 min Mvt dəyərləndirilir. Bu da onu göstərir ki, Azərbaycan yaşıl enerjinin istehsalı və ixracı istiqamətində dünya ölkələrinə yeni imkanlar təqdim edəcək. Ən əsası Azərbaycan Avropa İttifaqına yeni enerji resurslarını təklif edir. Azərbaycandan başlayan Gürcüstan üzərindən keçərək Qara dənizin dibi ilə Avropaya çatacaq “yaşıl dəhliz” bəlkə də XXI əsrin möcüzələrindən biri olacaq.

Ona görə dəAzərbaycanın COP tarixinə düşəcəyinə şübhə yoxdur. Əminliklə demək olar ki, məhz yaşıl enerjiyə keçidlə bağlı Bakı paktı, Bakı sazişi imzalanacaq. Bununla da Bakı qlobal iqlim dəyişikliyinə verdiyi nəhəng töhfəsi ilə onilliklər boyu tarixdə qeyd ediləcək, xatırlanacaq.

Kimlər Azərbaycanın yanında yer alır?

Qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə səfərbər olan ölkələrin böyük əksəriyyəti bu gün Azərbaycanın yanında dayanır. Xüsusilə də, Avropada enerji daşıyıcılarından əziyyət çəkən ölkələr Azərbaycanla əməkdaşlığa can atır. Təsadüfi deyil ki, Avropanın kiçik və orta dövlətləri- Sebiya, Rumıniya, Bolqarıstan, Sloveniya və digər dövlətlər Azərbaycana ümid yeri kimi baxır.

Məhz bu dövlətlər Azərbaycanın yaşıl enerji istehsalı ilə çağırışlarına və Şərqdən Qərbə uzanacaq “yaşıl dəhliz”ə böyük həvəs göstərirlər. Təbii ki, bu layihənin reallaşmasında Türkiyə və Gürcüstanın da xüsusi payı var. Eləcə də Qazaxıstan və Orta Asiya dövlətləri Azərbaycanın “yaşıl dəhliz” layihəsinə qoşulmağa hazır olduqlarını bəyan edirlər.


Çox təəssüf ki, aparıcı dövlətlər öz imperialist maraqlarına görə dünyanı xilas edəcək bu cür layihələrə laqeyidliklə yanaşır. Çünki onlar atmosferi ən çox çirkləndirən ölkələr sırasında ilk yerləri tutur. Məsələn, ABŞ dünyanın ən böyük neft istehsalçısı kimi ətraf mühitə çox böyük zərər vurur. Fransa isə təkcə öz ölkəsində deyil, Afrika və Asiyanın ada dövlətlərində ətraf mühitə çox böyük ölçüdə ziyan vurur.

Bu da təsadüfi deyil. Çünki böyük dövlətlər hər zaman imperialist siyasət yeridirlər. İmperialist siyasətdə isə humanizmə yer yoxdur. Əksinə orta və kiçik dövlətlər qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə daha aktiv olurlar. Dünya bunu Azərbaycanın simasında bu gün çox yaxşı görür və bilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

Pekindən dünyaya mesaj? - Çin yeni nüvə gücünü göstərdi - VİDEO

Pekindən dünyaya mesaj? - Çin yeni nüvə gücünü göstərdi - VİDEO

Sərxan Əmirquliyev yeni vəzifəyə təyin edildi

Sərxan Əmirquliyev yeni vəzifəyə təyin edildi

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Astaranın iki kəndində qaz kəsiləcək

Astaranın iki kəndində qaz kəsiləcək

2026-cı ilin ən arzuolunan 5 qadın saatı – FOTO

2026-cı ilin ən arzuolunan 5 qadın saatı – FOTO

Zakir Həsənov Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar VERDİ

Zakir Həsənov Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar VERDİ

300 top atəşi, yüzlərlə şahid və bir qadının FACİƏSİ

300 top atəşi, yüzlərlə şahid və bir qadının FACİƏSİ

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Dəhşətli qəzada ölən Elmirin FOTOSU

Dəhşətli qəzada ölən Elmirin FOTOSU

Melaniya Tramp hara yoxa çıxıb? -Bu il cəmi 14 dəfə ictimaiyyət qarşısında görünüb

Melaniya Tramp hara yoxa çıxıb? -Bu il cəmi 14 dəfə ictimaiyyət qarşısında görünüb

Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

End of content

No more pages to load

RADİO