Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

Respublika Baş Prokurorluğu martın 31-də Lənkəranda yeddi nəfərin ölümünə səbəb olan yol qəzası barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, martın 31-də saat 17:30 radələrində Cəfərov Natiq Təbəkül oğlu Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Ford Cargo” markalı 99-JF-224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, avtomobilini qarşı hərəkət zolağına çıxararaq həmin yolla hərəkətdə olan Aslanlı Faiq Tofiq oğlunun idarə etdiyi “Mitsubishi İO” markalı 42-BS-634 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, bundan sonra yolun kənarında hərəkətsiz dayanmış “VAZ-21154” markalı 10-VF-815 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi İO” markalı avtomobilin sürücüsü Faiq Aslanov və sərnişinləri Gülxanım Aslanova Əliqulu qızı, Aslanov Fikrət Şirəli oğlu, Aslanov Namiq Şirəli oğlu, Aslanova Vəsimə İbrahim qızı, Aslanova Rəziyyə Aslan qızı aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib. Avtomobildə olan digər sərnişin azyaşlı Aslanlı Ülvi Faiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdirilib və aprelin 2-də orada vəfat edib.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.

N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:2 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:2 iyulda baş vermiş tarixi hadisələr

Kiyev ballistik və qanadlı raketlərlə vuruldu - Ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO-VİDEO

Kiyev ballistik və qanadlı raketlərlə vuruldu - Ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO-VİDEO

Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO

Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

End of content

No more pages to load

RADİO