Sumqayıtda mənzildən 62 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə 19-cu məhəllədə qeydə alınıb.
1962-ci il təvəllüdlü Asif Əvəz oğlu Həbibovun meyiti aşkarlanıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media