Qusar şəhərində baş verən qəzanın təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar şəhərinin Çingiz Qurbanov küçəsində, Qusar-Xudat yolunda "Chevrolet Cruze" markalı avtomobillə Vaz 2107 markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib.
Qəza nəticəsində daha 3 nəfər xəsarət alıb.
Hadisə yerində Qusar polis şöbəsinin əməkdaşları gəlib, araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.