Şirvanda yaşayan Sabirabad rayonunun Bulduq kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Ayşən Firqan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, o, böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Hadisəni törədən 2001-ci il təvəllüdlü Ş.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media