Gəncədə yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 may küçəsində baş verib.
Hərəkətdə olan VAZ 2106 VƏ VAZ 2107 markalı avtomobilləri dönmə əməliyyatını düzgün yerinə yetirmədiklərindən toqquşublar. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu