Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bizim.Media