Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q. Vəliyevin qanunsuz ov etdikləri aşkarlanıb.
Bu barədə Bizim.Media-nın cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Onlardan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.
Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.
Sabutay, Bizim.Media, Cənub bürosu