Jurnalistikaya həsr olunan ÖMÜR - Qulu Məhərrəmli 70 YAŞINDA – FOTO

Bu gün tanınmış telejurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin 70 yaşı tamam olur.

Bizim.Media xəbər verir ki, Qulu Məhərrəmli 1954-ci ildə Zəngilan rayonunda anadan olub.

O, 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1978-2007-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb.

Bu illər ərzində Qulu Məhərrəmli televiziyaya yeni baxış, yeni nəfəs gətirib.


İlk jurnalist fəaliyyətinə təhsil sahəsində başlasa da, özünü daha çox siyasi araşdırmalar sahəsində görüb. Təsadüfi deyil ki, 1982-ci ildə televiziyanın "Beynəlxalq həyat" redaksiyasının baş redaktoru təyin olunub. O illərdən etibarən Qulu Məhərrəmli daha çox siyasi şərçi kimi tanınıb, sevilib. Və bu gün də ehtiramla xatırlanan siyasi verilişlərin ideya müəllifi məhz o olub.
 

Bu gün Qulu müəllim həm də teleməkanda səhər proqramının ən uğurlu müəllifi kimi xatırlanır.
 

1995-ci ildən Azərbaycan Televiziyasında həftənin 6 günü canlı yayıma çıxan “Səhər" musiqi-informasiya proqramına Qulu Məhərrəmli uzun illər rəhbərlik edib. 2007-2015-ci illərdə Qulu Məhərrəmli həm AzTV, həm də “Xəzər” televiziyalarında bir sıra uğurlu telelayihələrin müəllifi və aparıcısı olub.


Qulu Məhərrəmli nəzəriyyə ilə praktikanı bir araya gətirən nadir şəxslərdən biri olub. Beləki, o jurnalist kimi fəaliyyət göstərməklə yanaşı 1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1991-ci ildən isə Bakı Dövlət Universitetində elmi fəaliyyətə başlayıb. 2002-ci ildə dosent, 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur. 2004-cü ildə "Televiziya dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.


2006-cı ildə Respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub. Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Hazırda Qulu Məhərrəmli həm elmi, həm də jurnalistika fəaliyyətini davam etdirir.

Bizim.Media professor Qulu Məhərrəmlini 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və daha böyük uğurlar arzulayır!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişdi

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Gürcüstanda növbəti dəfə kütləvi elektrik kəsintisi BAŞ VERDİ

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

Hörmüz boğazından keçən yeni marşrutun koordinatları razılaşdırıldı

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

"Bu, sənətkar adına layiq deyil, biyabırçılıqdır"

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

Ötən gün kanalda batan yeniyetmə ilə bağlı MƏLUMAT - VİDEO

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi - FOTO

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

Bakı metrosunda avqustun 15-dən yeni mərhələ BAŞLAYIR

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

15 iyulda Ərdoğana qarşı sui-qəsddə iştirak edən şəxs tutuldu

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Avtonom dronların uçuşunda YENİ QAYDALAR - Agentlik sədri mexanizmi açıqladı

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Riyaziyyat fənnindən yüksək nəticəsi olan məktəblər - SİYAHI

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Türkiyə Rusiya və Ukraynaya XƏBƏRDARLIQ ETDİ

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarlararası interval 2 dəqiqəyə enəcək – RƏSMİ AÇIQLAMA

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

End of content

No more pages to load

RADİO