Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO

Günümüzdə politoloqlar siyasi analizlərində "ikili standart" -"dualizm" terminini işlədirlər. Amma bəlkə də bu terminin məğzini xalq içində formalaşmış "İlanı Seyid Əhməd əli ilə tutmaq" misalı ilə daha aydın izah etmək mümkündür. Politologiya öz yerində…

Bəs görəsən həmin məsəldə adı çəkilən Seyid Əhməd kim olub?

Astara rayonunun Maşxan kəndində yerləşən Seyid Əhməd türbəsi həm tarixi, həm də dini əhəmiyyəti ilə seçilən bir ziyarətgahdır. Türbənin önündə dayananda onun qədim divarları, sadə memarlığı və mənəvi əhəmiyyəti dərhal hiss olunur. Abidə 1472-ci ildə inşa olunub və əsrlərdir ki, yerli sakinlər və uzaqdan gələn ziyarətçilər üçün böyük bir əhəmiyyət kəsb edir.

Yerli əhali bura "Maşxan ocağı" adını verib və bu adın kökü "Mən şeyxəm, mən müqəddəsəm" mənasını daşıyan qədim sufi ifadələrindən götürülüb. Türbədə isə məhz Seyid Əhməd dəfn edilib. Seyid Əhmədin Hülakülər dövründə yaşadığı ehtimal olunur və yerli əhali arasında onun haqqında müxtəlif əfsanələr mövcuddur.

Seyidin siyasəti


Yerli tarixçi Müslüm Əliyev deyir ki, türbənin yerləşdiyi bu kənd ərazisində mühüm tarixi abidələr mövcuddur:

"Seyid Əhmədin XV əsrdə Ərdəbil şeyxləri nəslindən olduğu, bu ərazilərdən keçərkən Maşxanda dayandığı və burada uzun müddət yaşadığı barədə sübutlar var. Seyid bir mürid olaraq bu yerlərə gəlib çıxıbmış. Deyilənə görə, o, insanları sülhə və birliyə çağırmış, lakin ilk başda yerli camaat ona qulaq asmayıb.

Rəvayətə görə, kəndin yuxarı və aşağı məhəllələri çəltik suvarması üzərində mübahisə edirlər. Tərəfləri sakitləşdirə bilməyən Seyid tütək çalmağa başlayır. Tütək səsi ucaldıqca heybəsindən tədricən boylanıb ucalan ilan hər kəsi qorxuya salır. Beləcə Seyid Əhməd tərəflərə bildirir ki, onun sözünə baxmasalar, ilan onları cəzalandıracaq. O, insanlara deyib ki, necə ki ilan onun əmrlərinə qulaq asır, insanlar da bir-birilərinə qarşı mərhəmətli və sülhpərvər olmalıdırlar. Beləliklə hər iki tərəf sakitləşərək Seyidin məsləhətlərini qəbul edib razılığa gəlirlər."


Qeyd edək ki, bu günün özündə də sözügedən kənd yuxarı və aşağı məhəllələrdən ibarətdir ki, indi də onları məhz bu türbəyə hörmət və and birləşdirir.

Türbədən arxa-arxaya yeriyərək çıxmaq lazımdır....

Türbəyə daxil olarkən sadə və sakit bir atmosferə düşürsən. Türbənin daxili dizaynı xüsusi bəzəklərlə zəngin deyil, lakin bu, onun mənəvi gücünü daha da artırır. Taxtadan olan tavan və torpaq döşəmə türbənin sadəliyini əks etdirir. Seyid Əhməd İbn Kərim türbəsi formaca düzbucaqlıdır və bir giriş qapısı var. Türbədə Seyid Əhmədin 35 məzarı yerləşir və bu məzarın üzərində ərəb və fars dillərində yazılmış kitabələr var. Türbə zamanla zədələnib və dağılıb..


Yuxu gördü, ziyarətgaha pilləkənlər düzəltdi


Kənd sakini Səfərəli Həbibov deyir ki, Sovet hakimiyyəti illərində türbənin dağıdılması prossesi aparılıb. Amma yerli əhali hər imkanda türbəni bərpa edib, həm tarixi, həm də öz inanc yerlərini qoruya biliblər. 1990-cı ildə isə bərpa işlərinə başlanılıb və 1995-ci ildə abidə yenidən inşa edilib.

Astara sakini Nizami Quliyev isə gördüyü qəribə yuxudan sonra hündürlükdə yerləşən türbəyə insanların əziyyətlə qalxdığını görür. Yuxusuna uyğun olaraq bura qalxmaq üçün pilləkənlar düzəltdirir. Adətə görə, ziyarətə gələnlər qəbiri dövrə vurub mütləq 4 istiqamətdə məzar daşını öpüb alınlarını ona toxundurmalıdırlar. Ürəyində tutduğun arzu və diləyi təkrar etdikdən sonra məzarın ayaq tərəfində qoyulmuş qabdan su içmək lazım gəlir. Bundan sonra isə kiçik addımlarla arxaya addımlamaqla türbəni tərk etmək olar.


Məzar daşına yazılmış soyuq höküm


Seyid Əhmədin qəbirüstü epitiyası mühafizə olunur və ərəb-fars dillərində olan kitabədə yazılıb:

"Bu qəbir Soltan Əhməd ibn Kərimindir. Səkkiz yüz yetmiş altıncı il tarix. Hicri 876-cı il".

Bu isə miladi tarixlə 1471-1472-ci il deməkdir. 1956-cı ildə isə tarix elmləri doktoru Məşədixanım Nemətova Seyid Əhmədin əsil dünyagörüşünü açan mənzum formalı qəbirüstü aforizmini oxuya bilir.


Əgər sizdə ikili standartlı, yalanın ayaq tutub sona qədər yeriyə biləcəyini fikirləşirsinizsə və ya bunlardan yorulubsunuzsa məhz özünüz bu məzar daşına baxıb həmin XV -ci əsrdən süzülüb gələn buz kimi aforizmi təkrar edə bilərsiniz.

"Fələyin dərzisi elə bir köynək tikməmişdir ki, onu hamı axıra qədər geyə bilsin".







Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

End of content

No more pages to load

RADİO