Anasının sevgilisini qətlə yetirən 23 yaşlı GƏNC – “80 mini ödəməyə imkanım yoxdur”

Bakıda kafedə 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Dilarə Tağıyeva təqsirləndirilən şəxsə qarşı 80 min manat mülki iddia qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra zərərçəkmiş şəxsin mülki iddiasını təmin edib.

Lakin təqsirləndirilən mülki iddiaya münasibət bildirərək, iddianı qəbul etməyib, eyni zamanda ödəmək imkanında olmadığını bildirib.

Daha sonra şahid qismində Kifayət Əfəndiyeva dindirilib:

"31 dekabr günü axşam saat 10 olardı. Mən orda qabyuyan işləmişəm. Hadisəni gözümlə görməmişəm. Sonra qışqırıq səsi gəldi. Sonradan eşitdim ki, təqsirləndirilən şəxs anasına əl qaldırıb. Daha sonra polislər gəldi. Mən 3 ay idi ki, orda işləyirdim. Yoldaşım isə orada ofisiant işləyirdi. Namiqi işlədiyim müddətdə görmüşəm və kollektivlə münasibəti yaxşı idi. Ramini uzanıqlı vəziyyətdə yerdə gördüm". 

Şahid Mübariz Əfəndiyev isə bildirib ki, hadisə zamanı qətlə yetirilən Namiq Orucovla yaxın qohum olublar:

"Mən orda kababçı olaraq işləyirdim. Bayram günü axşam saa 22-də yığıncaq var idi və sifarişlər çox idi. Bizə deyildi ki gəlin yeməyinizi yeyin ki sifarişlər çox olacaq. Birdən təqsirləndirilən şəxsin anası Gülnür qışqırdı ki "Arif məni təpiklə vurur". Şişə çəkilən kabablar yerə tökülüb. Namiqdən soruşdum ki, Arif anasını niyə vurub. Sonradan qarışıqlıq düşdü. 

Arif də və onun atası İlfan da içkili idi. Atası anası ilə niyə dalaşdığını soruşanda anası söhbətə müdaxilə etdi. Bu məqamda Arif anasına möhkəm şillə vurdu. Sonradan məlum oldu ki, Arif anasının kababçımız Namiqlə sevgili olmasını bilib. Sonra gördüm ki, Arif bıçaq götürüb çölə çıxdı. 2 dəqiqə keçmədi çöldə qışqırıq səsi gəldi və gördük ki, Arif kababçı Namiqi də və onları ayırmaq istəyən müştəri Ramini də bıçaqla vurub".

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Tovuzun mərkəzində qəza: VAZ və “Kia” toqquşdu - FOTO

Tovuzun mərkəzində qəza: VAZ və “Kia” toqquşdu - FOTO

Zidanın oğlu "Leqanes"ə transfer olundu

Zidanın oğlu "Leqanes"ə transfer olundu

ABŞ-nin maliyyə naziri: "Biz İranı boğazından tutmuşuq"

ABŞ-nin maliyyə naziri: "Biz İranı boğazından tutmuşuq"

Azyaşlı şəkər xəstəsi olduğu üçün uşaq bağçasından kənarlaşdırılıb - VİDEO

Azyaşlı şəkər xəstəsi olduğu üçün uşaq bağçasından kənarlaşdırılıb - VİDEO

Son anda planını dəyişən 4 BÜRC

Son anda planını dəyişən 4 BÜRC

End of content

No more pages to load

RADİO