Göygöl rayonunda müəllim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Göygöl rayonu Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.
İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb. Bir aya yaxın müddətdə xəstəxanada müəlicəsi davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin Hərbi Hazırlığı" fənni üzrə müəllim işləyirmiş.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu