İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi İŞİD terror təşkilatının fəaliyyətinin üzə çıxarılması ilə bağlı əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Əməliyyat zamanı saxlanılan R.H.-nin terror təşkilatında bombaların hazırlanması ilə məşğul olduğu müəyyən edilib. Ədliyyə orqanları tərəfindən həbs edilən R.H. həbsxanaya göndərilib.
Cinayətkarın 34 yaşı olduğu bildirilir.
Bizim.Media