Cümhuriyyət parlamentində bahalaşmaya qarşı üsyan: ”Buğda gah qalxır, gah düşür”

Moderator.az Azərbaycan Cümhuiriyyəti ilə bağlı silsilə yazılarını davam etdirir. Bu yazılarda mütəmadi olaraq, bu il yüz yaşı tamam olacaq Cümhuriyyət parlamentinə də nəzər yetiririk.

Çünkü cəmi 23 ay yaşayan bu dövlətin ictimai-siyasi həyatı, iqtisadi durumu AXC parlamentində müzakirə edilib.xa0 ADR-in sayca 17-ci iclasında da dövlətin iqtisadi durumuna işıq tutan xeyli maraqlı polemika yaşanıb. ADR parlamentlərində öz fəallığı ilə seçilən Sultan Məcid Qənizadə söz alaraq, cəmiyyəti narahat edən bir problemdən danışır:

“Keçən dəfə danışıldı ki, dəmir yol tarifləri artırılsın. Tarifi bir dəfə də Seym artırmışdı. İndi o tarifləri bir daha artırmaq istəyirlər. Mən elə bilirəm ki, dəmir yol əmələlərinin məvacibi və sair xərcləri artmış olduğundan, tarifləri artırmamaq olmayacaq, çünki ayda 8 milyon manat zərər var, əgər artarsa, güman edirəm zərər olmaz. Ona görə malların kirayəsinin artırılmasına riza vermək olar, malın üstünə nə qədər pul gəlsə, alışverişçi də camaatın boynuna qoyacaqdır. Onsuz da alış-verişçilər storoja, streloçnikə və sairələrinə pul verir. 15 əvəzinə 30 artırsaq da alış-verişçiyə təfavüt eləməz. Ona görə mən buna etiraz etməyib, mal kirayəsinin artırılmasına riza verirəm, tainki yolun xərc və məxarici çıx sın. Amma sərnişin kirayələrinin artırılmasına riza verə bilmərəm. Biri var tacirdir ki, öz mənfəəti üçün gedir, verdiyi pulu da malın üzərinə gələcəkdir. Bir də var ki, vacib bir iş üçün başqa bir şəhərə gedir, heç mənfəəti də yoxdur. Məsələn, Gəncədən teleqraf gəlib ki, ailəsi naxoşdur. Əvvəl 5 manat verdiyi halda, indi 160 manat yol kirayəsi verməli olur ki, bu da kasıblar üçün xeyli müşküldür. Bu zülmdür, buna heç vaxt riza vermək olmaz ki, sərnişin biletləri də mal kirayəsi kimi artırılsın. Ona görə mən rica edirəm ki, parlament yük tariflərinin artırılmasının layihədə göstərildiyi kimi qəbul etsin. Amma sərnişin biletlərini qaldırmasın. Seym qoyduğu qərar üzrə qiymətlər baqi qalsın”.

Ağa Eminov ("Müsavat") – “Keçən həftə tariflərin artırılması haqqındakı qanun layihəsi qəbul edilmədi. Tariq və məabir naziri buyurdular ki, dəmir yolunun ayda 8 milyon zərəri var. İndi deməli, keçən həftə qanunu qəbul etmədiyimizə görə 70-80 min olmaq üzrə bu vaxtadək 2 milyon zərər etmiş oluruz. Hələlik, yolun mədaxili olmadığına görə bu zərərləri ödəmək üçün tarifləri artırmaq, yaxud kağız pulları çoxaltmaq lazım gəlir,xa0 pullarınxa0 çoxalmasıxa0 qədər qiymətininxa0 azalmasına və şeylərin bahalaşmasına səbəb olur. Bugünkü iclasa sair smetalar dəxi gəlmişlərdir. Bunlar əslə mədaxili olmayan nəzarətlərdə məvaciblərin artırılması və qeyri məsarif haqqındadır. Bunların da artırılması ilə yenə də kağız pul artacaqdır. Bəzi natiqlər deyirlər ki, sərnişin biletləri tarifi artmasın. Amma burasını bilməlidir ki, bu saat dəmir yol ilə gedənlərin əksəriyyəti alış-verişçidir. Kəndçilər isə dəmir yolu ilə ancaq quberniya şəhərlərinə gedirlər. Bu da nadirətən düşür. Onların çox getdikləri uyezd şəhərləridir ki, oralarda da dəmir yolu olmadığından hər kəs öz atı və arabası ilə gedir. Kəndçilərin quberniya şəhərlərinə gəlmələri üçün dördüncü sinif vaqonları təklif olunur. Bunun da qiyməti üçüncü sinifdən ucuzdur, belə ki, Seym qabaqda 6 dəfə artırdığı üçüncü sinifdən indiki dördüncü sinif daha ucuzdur. Bir də o vaxt Maksim Qorki adlı dördüncü sinif bir qatar gedirdi ki, bir günlük yolu 5 günə ancaq gedib çıxırdı. İndi isə dəmir yol naziri dördüncü sinfi sərnişin qatarı ilə yola salacaqdır. Bu surətlə fəqir-füqəranın da halı nəzərə alınıb, yüngülləşmişdir. Bir də istərdik deyək ki və sübut edək ki, tariflərin artması malların bahalanmasına səbəb olmayacaqdır. Məsələn, bu saat şəhərdə hər şeydən ucuz kartofdur. Onun da putu 1 manat artırılsa, girvənkəsinə 2 qəpik yarım düşür ki, bu da indiki vaxtda bir pul deyildir. Bir də buğda 160 manata qalxmışdır, indi yenə 120 manata düşmüşdür. Və hal an ki, bu vaxt zərfində tarif nə artmış nə də əksilmişdir. Tarif artmadığı halda, ət bahalaşmışdır. Halbuki, tarif artsa belə ətin qiymətinə təsir edəməz, çünki qara mal çöl ilə gətirilir. Bu barədə fraksiyaların məlumatı olmadığından tariflərin artmasına riza vermirlər. Amma biz təklif edirik, bu qanun layihəsi müvəqqəti olduğu üçün qəbul edilsin və arzu edərdik ki, mütləqa müvəqqəti olsun. O vaxta qədər də yollar naziri ətraflı məlumat toplar və hasil olan məlumatı əsl bir qanun layihəsi ilə təqdim edər. İndi isə "Müsavat" fraksiyası bu layihənin qəbulunu təklif edir”.

Hazırladı: Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşada iki Türkiyə vətəndaşı saxlanıldı – VİDEO

Polşada iki Türkiyə vətəndaşı saxlanıldı – VİDEO

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Bu gün dəmiryolçuların peşə bayramıdır – VİDEO

Bu gün dəmiryolçuların peşə bayramıdır – VİDEO

Paşinyan: "Azərbaycanla sülh müqaviləsini tez bir zamanda imzalayıb ratifikasiya etmək lazımdır" – VİDEO

Paşinyan: "Azərbaycanla sülh müqaviləsini tez bir zamanda imzalayıb ratifikasiya etmək lazımdır" – VİDEO

Güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb

Güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb

Fransa Rusiyanın "kölgə donanması"na aid növbəti tankeri saxladı – ANBAAN VİDEO

Fransa Rusiyanın "kölgə donanması"na aid növbəti tankeri saxladı – ANBAAN VİDEO

Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO

Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO

Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar... – VİDEO

Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar... – VİDEO

Qara dənizdə iki gəmiyə dron HÜCUMU: Heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə dron HÜCUMU: Heyətdə 8 Azərbaycan vətəndaşı var

Paytaxtda motosiklet və skuterlərin törətdiyi qəzalar – ANBAAN VİDEO

Paytaxtda motosiklet və skuterlərin törətdiyi qəzalar – ANBAAN VİDEO

Ukrayna ilk dəfə Rusiya ərazisinə öz istehsalı olan ballistik raket zərbəsi endirdi

Ukrayna ilk dəfə Rusiya ərazisinə öz istehsalı olan ballistik raket zərbəsi endirdi

Bakıda oğul anasını BIÇAQLADI

Bakıda oğul anasını BIÇAQLADI

Qızıl və gümüşün qiyməti artdı

Qızıl və gümüşün qiyməti artdı

Qərbdə maraq göstərirlər, Azərbaycanda yuxarıdan aşağı baxırlar

Qərbdə maraq göstərirlər, Azərbaycanda yuxarıdan aşağı baxırlar

AZAL 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - FOTO

AZAL 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - FOTO

DYP Salyandakı ağır qəzanın görüntülərini yaydı – VİDEO

DYP Salyandakı ağır qəzanın görüntülərini yaydı – VİDEO

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xaçmazda 28 yaşlı kişi quduzluqdan VƏFAT ETDİ

Xaçmazda 28 yaşlı kişi quduzluqdan VƏFAT ETDİ

Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi

Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi

“44” bədii filmi ilə bağlı mətbuat konfransı KEÇİRİLDİ – FOTO

“44” bədii filmi ilə bağlı mətbuat konfransı KEÇİRİLDİ – FOTO

End of content

No more pages to load

RADİO