Bakıda qadın antibiotik iynəsindən şoka düşərək ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Sədaqət Zeynalabdin qızı Bayramova xəstə olduğu üçün öz övladı ona antibiotik iynəsi vurub. Bu zaman onun səhhəti daha da ağırlaşıb.
Yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Bizim.Media