“Qarabağ Universitetini təsadüfən seçməmişəm” – Qusardan tələbə olan 4 MƏZUN – VİDEO

"Qarabağ Universitetini təsadüfən seçməmişəm.Uşaqlıqdan, ağlım kəsəndən Qarabağın ermənilər tərəfindən işğal olmasına dözə bilmirdim. Məktəbimizdə keçirilən bütün vətənpərvərlik tədbirlərində fəal iştirak edirdim. Bir sözlə Qarabağı görmək uşaqlıq arzum idi. İndi o arzuma çatmışam. Qarabağ Universitetinin hüquqşünaslıq fakültəsinin ilk 60 tələbəsindən biri olacağam".

Bu sözləri Bizim.Media-ya Qusar rayonunun Professor Kərim Kəromov adına Hil kənd tam orta məktəbinin bu ilki məzunu Elina Edik qızı Əhmədova deyib. Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabrında Azərbaycanda heç bir dövlətdə olmayan "Dəmir yumruq"silahı ilə Ali Baş Komandanımız İlham Əliyev və igid oğullarımız əks hücuma keçərək tarixi Qarabağımızı bizə qaytardılar:

“Həmin gündən Qarabağa getmək arzum daha da gücləndi. Qarabağ Universitetini bitirəndən sonra bir hakim kimi qalıb elə orada işləmək istəyirəm, haqq-ədalətin bərpasına öz qüvvəmi qatmaq arzusundayam”.

Qusarın Hil kəndində sadə bir ailədə doğulan Elina ilk övladdır. O təhsil aldığı Hil kənd məktəbində mövcud olan rekord nəticədən də irəli gedib. Bildirib ki, 14 il idi ki, məktəblərində ali məktəbə qəbulun ən yüksək rekordu 601 bal olub. “Çox xoşbəxtəm ki, məktəbimizə rekorddan da rekord nəticə gətirdim” deyə Elina söyləyir.

Qusarlı məzunun sözlərinə görə tələbələrin sentyabrın 16-dan Qarabağ Universitetinə hissə-hissə göndərilməsinə başlanılacaq:

“Hüquqşünaslıq fakültəsinin ilk tələbələri olaraq biz sentyabrın 17-də Xankəndiyə yola düşəcəyik. Həmin həftə Xankəndi şəhəri və Qarabağ Universiteti ilə tanışlıq olacaq. Dərslərə isə sentyabrın 23-də başlayacağıq”.

Qeyd edək ki, Qusar rayonundan daha 3 orta məktəb məzunu Qarabağ universitetində oxumaq şansını qazanıb. Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar sektorundan saytımıza verilən məlumata görə, Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin məzunu Nəzrin İlyasova 502 balla Beynəlxalq münasibətlər, Zindan Muruq kənd tam orta məktəbinin məzunu Gülarə Mançarova 470 balla İbtidai sinif müəllimi, Urva kənd tam orta məktəbinin məzunu Ruslan Poladov isə 387 balla İnşaat mühəndisliyi fakültələrinə qəbil olunublar.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Zelenski: Putin görüşə hazırdır

Zelenski: Putin görüşə hazırdır

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

End of content

No more pages to load

RADİO