Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci günün sessiyalarına start verilib.
Bizim.Media xəbər verir ki, pilotlar üçüncü sərbəst yürüşlər üçün saat 12:30-da boksları tərk ediblər.
"Formula-1" sürücülərinin məşqlərinin ardınca "Formula-2"də sprint (qısa) yarışı keçiriləcək.
Xatırladaq ki, günün sonunda isə dünyanın ən sürətli sürücüləri sıralanma turunda güclərini sınayacaqlar.
Qeyd edək ki, Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Bizim.Media