Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistem çöküb.
Bizim.Media Unikal-a istinadən xəbər verir ki, ölkə üzrə tibb mərkəzlərinə gedən vətəndaşlar elektron sistemin işləməməsi səbəbindən xidmətlərdən yararlana bilmir. Müraciət edən vətəndaşlar geri qaytarılırlar.
Bu səbəbdən xəstəxanalarda növbələr də yaranıb.
Bizim.Media