Eyni təhsil, eyni PROQRAM - Niyə özəl məktəbin də şagirdləri repetitor yanına gedir?

Şagirdlər niyə repetitora ehtiyac duyur?

Bu sual dəfələrlə müzakirə olunub, gündəmə gətirilib. Bir çox  şagird və mütəxəssisin cavabı isə bu olub ki, dövlət məktəbində təhsilin keyfiyyəti kifayət etmir.

Maraqlıdır ki, dövlət məktəblərində təhsil alan şagirdlər təhsilin keyfiyyətinin qənaətbəxş olmaması səbəbindən repetitor yanına gedir. Bəs təhsil səviyyəsi yüksək olduğu deyilən özəl məktəblərin şagirdlərin niyə repititora ehtiyacı yaranır?

Repetitor yanına getmək şagirdin biliyindən, yoxsa keçirilən imtahanların istənilən halda hazırlığa getməyə məcbur qoymasından asılıdır?

Bəlkə də “özəl məktəbdə təhsil üst səviyyədədir” kimi formalaşan fikirlər heç də düz deyil. Özəl və dövlət məktəblərinin tədris səviyyəsində elə də fərq yoxdur.

Bəs həqiqət necədir?

Övladı özəl məktəblərdən birində təhsil alan Günay Əliyeva (şərti ad) Bizim.Media-ya açıqlamasında bildirib ki, oğlu özəl məktəbin 5-ci sinifində təhsil alır, ancaq əlavə olaraq repetitor yanına da gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin öz şagirdlərinə repetitorluq etməsinin qarşısı necə alınacaq? – Maraqlı AÇIQLAMA


“Övladımın təhsil aldığı məktəbdə tədris ingilis dilindədir. Oradakı dərslərdən əlavə olaraq repetitor yanında hazırlığa da gedir. Çünki özəl məktəbdəki təhsil kifayət etmir, buna görə də onu  əlavə olaraq hazırlığa qoyduq ki dərsləri daha yaxşı qavrasın”.

Müsahibimiz özəl və dövlət məktəbinin arasında tədris səviyyəsinin o qədər də fərqlənmədiyini qeyd edib.

“Övladımızı özəl məktəbə qoymağımızın səbəbi gələcəkdə xaricdə təhsili üçün daha rahat şəraitin yaranmasını istəməyimizdir. Bundan əlavə, bu,  dil biliyinin inkişafına da xeyir göstərir. Amma təhsilin səviyyəsi dövlət məktəbləri ilə eynidir”.

Təhsil eksperti Adil Vəliyev də özəl məktəblərdə oxuyan şagirdlərin kurs və hazırlıqlara müraciət etdiyini təsdiqləyib.

Dövlət və özəl təhsil müəssisələrində tədrisin keyfiyyəti eynilik daşıyırsa, o zaman özəl məktəbə getməyə nə ehtiyac var?

Ekspert bu suala cavab olaraq bildirib ki bu, sadəcə şagirdin gələcəkdə xaricdə təhsil almaq imkanının yaranmasına təsir edir:

“Özəl məktəbdə təhsil alan şagirdlərin böyük əksəriyyəti xaricdə təhsil almağa üstünlük verir. Buna görə də valideyn həm uşağın çevrəsinin fərqli olması, həm də gələcəkdə xaricdə təhsil almaq imkanının çox olması üçün özəl məktəbə müraciət edir. Çünki özəl məktəblərdə tədrisə dərslərdən əlavə, sosial fəaliyyətlər də əlavə olunur”.

Müsahibimiz deyib ki, valideyn övladı xaricdə təhsil almasa belə, yerli universitetlərə qəbul ola bilsin deyə onu repetitor yanına qoyur:

“Bilirik ki, özəl və dövlət məktəbləri arasında dərs proqramları tamamən fərqlidir. Nəticədə bir şagird həm özəl məktəbə gedir, sosial fəaliyyətlərlə məşğul olur, həm də dərsdən əlavə olaraq kurslara, hazırlıqlara göndərilir”, – deyə müsahib fikirlərini tamamlayıb.

Görünən odur ki, özəl və dövlət məktəblərinin tədris keyfiyyəti arasında o qədər də fərq yoxdur, nəticə etibarilə, hər iki məktəbin şagirdləri də repetitora ehtiyac duyur. İstər dövlət, istərsə də özəl məktəb proqramıyla  DİM-in proqramındakı mövzular arasında da fərq yoxdur. Bu da valideyni övladını repetitor yanına göndərməyə məcbur edir.

Nəticə etibarilə bu, ölkədəki imtahan sistemi ilə dünya təcrübəsində keçirilən imtahanlar arasındakı fərqi bir daha ortaya qoyur.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Zelenski: Putin görüşə hazırdır

Zelenski: Putin görüşə hazırdır

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

End of content

No more pages to load

RADİO