“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə ictimai birliyi tərəfindən “Müharibə veteranlarına və şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində 30 iyul 2024-cü il tarixdə Quba şəhər Tarix-Diyarşünaslıq muzeyinin akt zalında 10 nəfər müharibə veteranı ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüş çərçivəsində veteranlara psixoloji hüquqi xidmət göstərilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.



Bizim.Media