Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb. 

Bizim.Media xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20 827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 186 nəfər qəbul olub. 

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb. 

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri: 


Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq. 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 16 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2024-cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək. 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

End of content

No more pages to load

RADİO