İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azaldı

“Alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin nəticəsi olaraq 2017-ci ilin sonuna istintaq təcridxanalarında saxlanılan şəxslərin sayı 2016-cı illə müqayisədə 24 faizədək azalıb”x9d.xa0

Moderator.az xəbər verir ki, bunu Ədliyyə Nazirlyi Penitensiar xidmətinin Baş idarəsində 2017-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsində çıxış edən Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov bildirib.

Penitensiar xidmətin rəisi Ceyhun Həsənov bildirib ki, Penitensiar xidmət tərəfindən 2017-ci ildə fəaliyyəti tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamları, qanunvericilik aktları, nazirliyin kollegiya qərarları rəhbər tutularaq, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi, penitensiar sistemin inkişafı, kadr potensialının gücləndirilməsi, həbs edilən şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks tədbirlər həyata keçirilib: “Uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi təmin edilib, Baş idarənin və struktur qurumların maddi-texniki bazasının inkişafı, idarəetmənin təkmilləşdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi və fəaliyyətdə mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər görülüb. Prezidenti İlham Əliyevin xa0“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə”x9d 10 fevral 2017-ci il tarixli Sərəncamının bu sahənin inkişafı prosesinin daha da genişləndirilməsi və növbəti mərhələyə keçməsi üçün zəmin yaradıb. Sərəncamın icrası üzrə yaradılmış komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edilib. həmin Sərəncamın məntiqi davamı olaraq, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim olunub və müvafiq Qanun qəbul edilib. 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş Qanunla Cinayət Məcəlləsinə 300-dək dəyişikliklər edilib, 160-dək maddənin sanksiyasına alternativ cəzalar, 40-dək cinayətə görə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilib.

Qanunun icrası ilə bağlı Baş idarədə məsul əməkdaşlardan ibarət işçi qrupu və müvafiq olaraq tabe müəssisələrdə komissiyalar yaradılıb. Məhkumların şəxsi işləri öyrənilmiş və 10 min nəfərə yaxın məhkumun Qanunun təsiri altına düşdüyü müəyyən edilib. Bu müddətdə 1.136 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 231 məhkum cəza çəkməkdən azad olunub, 99 məhkumun cəza müddəti azaldılıb. Qanunun icrası prosesi davam etdirilir”x9d.

Nazir müavini ölkə Prezidentinin humanist təşəbbüslə çıxış edərək uzun illər məhkumlara, onların ailələrinə qayğı ilə yanaşmasınını davam etdirdiyini bildirərək, 2017-ci ilin 16 mart tarixində 423 məhkumun, onlardan azadlıqdan məhrum etmə cəzasını çəkən 414 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzaladığını və icrasının vaxtında həyata keçirildiyini vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

DÇ-də şübhəli oyun – Video

DÇ-də şübhəli oyun – Video

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

İyunun son gününə olan HAVA PROQNOZU

İyunun son gününə olan HAVA PROQNOZU

Pirşağı çimərliyində FACİƏ:qadın dənizdə batdı

Pirşağı çimərliyində FACİƏ:qadın dənizdə batdı

Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Pərviz Şahbazova AĞIR İTKİ

Pərviz Şahbazova AĞIR İTKİ

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Qivami Qazıyev VƏFAT ETDİ

Qivami Qazıyev VƏFAT ETDİ

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

End of content

No more pages to load

RADİO