Baş Prokurorluqdan Ballıqaya qətliamı ilə bağlı AÇIQLAMA

Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi, o cümlədən silahlı qüvvələri və digər silahlı birləşmələri beynəlxalq hüquq normalarını pozmaqla Azərbaycanın Qarabağ bölgəsini, ətraf ərazilərini, habelə Ermənistanla sərhəddə yerləşən ərazilərini işğal etmək məqdəsilə hərbi təcavüzə başlayıb.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə müstəntiqi kiçik ədliyyə müşaviri Tural Məhərrəmov bildirib.

O qeyd edib ki, erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə nəticəsində işğal edilərək əhalisini qanuni yerləşdirildiyi yerdən məcburən deportasiyaya məruz qoyduqları Laçın rayonunun sakinləri Goranboy rayonunun Ballıqaya kəndində, Gülüstan meşəliyinin kənarında 1 ədəd taxta konstruksiyalı tikili və qurduqları alaçıqlarda müvəqqəti məskunlaşdıqdan sonra, erməni silahlı birləşmələri Murovdağ silsiləsinin yamacında, dağ relyefində yerləşən sıx meşəlik ərazidən xəlvətcə piyada gəlib xüsusilə gecə saatlarında əhalinin yatmış, yəni özünümüdafiə etmək imkanında olmamasından istifadə etməklə 28 avqust 1992-ci il tarixdə gecə saat təxminən 05 radələrində modeli və markası istintaqa dəqiq məlum olmayan avtomat konstruksiyalı odlu silahlarla məhz azərbaycanlı olduğuna görə, Ballıqaya kəndində məskunlaşmış 5 ailədən ibarət əhalini məhv etmək üçün rəhmsizlik nümayiş etdiriblər: “Onlar çoxsaylı atəşlər açmaqla xüsusi amansızlıqla hücum edib alaçıqları güllələməklə, zərərçəkmiş şəxslərə məxsus əmlakı od vurub yandırmaqla hər kəsi öldürdüklərini güman edib hadisə yerindən gəldikləri istiqamətdə uzaqlaşıb, nəticədə 5 ailənin üzvləri olan 24 nəfəri (o cümlədən yetkinlik yaşına çatmayan 7 nəfər və 70 yaşdan yuxarı ahıl yaşlı 1 nəfər) kəskin qanitirmə ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ümumilikdə ağır zərər vurmaya aid müxtəlif bədən xəsarətləri (güllə yaraları) yetirərək hadisə yerində qəsdən öldürüb, 9 nəfəri bədənlərinin müxtəlif nahiyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb, alaçıqlarda gizləndikləri üçün həyatda qalmaqla onları öldürə bilməyiblər”.

Tural Məhərrəmovun sözlərinə görə, cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi ilə müəyyən edilib ki, Laçın rayonundan o vaxtı məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar:

“Onlar həmin gecə təxminən 9 nəfər silahlı erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində qəsdən öldürülmüş və daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıblar. “Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq və 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığından isə 3 meyit aşkar edilib. İş üzrə zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri, şahidlər müəyyən edilməklə dindirilib, müvafiq zəruri sənədlər iş materiallarına əlavə edilib. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Qızıl hazırda bu qiymətə SATILIR

Qızıl hazırda bu qiymətə SATILIR

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Londonda azərbaycanlı qadın vəfat etdi

Londonda azərbaycanlı qadın vəfat etdi

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

Ukrayna gecə saatlarında Rostov vilayətinə hücum etdi

Ukrayna gecə saatlarında Rostov vilayətinə hücum etdi

Güləş turnirindən sonra qalibin atası öldürüldü

Güləş turnirindən sonra qalibin atası öldürüldü

Rusiya XİN: Qərb Cənubi Qafqazda Rusiyanı əvəz edə bilməyəcək

Rusiya XİN: Qərb Cənubi Qafqazda Rusiyanı əvəz edə bilməyəcək

Tramp bu gün Çinə yola düşür

Tramp bu gün Çinə yola düşür

İran aviasiyasını Pakistan və Əfqanıstana köçürüb?

İran aviasiyasını Pakistan və Əfqanıstana köçürüb?

Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı... - VİDEO

Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı... - VİDEO

Yazda pəncərənin qarşısına niyə qaşıq qoymaq lazımdır?

Yazda pəncərənin qarşısına niyə qaşıq qoymaq lazımdır?

BƏƏ İrandakı neft emalı zavoduna zərbə endirib

BƏƏ İrandakı neft emalı zavoduna zərbə endirib

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

End of content

No more pages to load

RADİO