Bakıda, Moskva prospekti (tunelin çıxış hissəsində) ilə hərəkətdə olan yük avtomobilində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
"Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür", - deyə məlumatda qeyd edilib.


Bizim.Media