Qəbələdə bıçaqlanma hadisəsi olub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, gecə saat 03 radələrində 2008-ci il təvəllüdlü Ə.S. şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 41 yaşlı Zamiq Əbdürəhimova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Bizim.Media