BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

1918-ci ilin bu günündə  Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də, ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya açıldı.

Bəs, avqustun 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 1833-cü ilin bu günündə Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul edib.

2. Birinci Dünya Müharibəsi zamanı - 1916-cı ilin 28 avqustunda Almaniya imperatorluğu Rumıniyaya, İtaliya isə Almaniyaya savaş elan etdi.

3. 1918-ci il avqustun 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti respublika ərazisində bütün məhsulların azad ticarəti ilə bağlı qərar imzaladı.  Hökumətin digər qərarı isə ibtidai, natamam orta və orta məktəblərin milliləşdirilməsi idi.   

4. 28 avqust 1963-cü ildə ABŞ-ın cənub ştatlarından başlayan "Vətəndaş haqqları yürüşü” paytaxt Vaşinqtonda sona çatdı. Martin Lüther Kinq burada 200 min adama xitab edərək "Bir xəyalım var" başlıqlı məşhur nitqini söylədi.

5. İsrailin Qüdsü paytaxt elan etməsinə cavab olaraq 1980-ci ilin 28 avqustunda Türkiyə Qüdsdəki baş konsulluğunu bağladı.  

6. 28 avqust 1988-ci ildə Almaniyanın Ramstein hava bazasında şou uçuşları zamanı İtaliya hava qüvvələri komandasının üç təyyarəsi tamaşaçıların üstünə düşdü, 75 adam öldü, 346 nəfər yaralandı.

7. 1995-ci ilin 28 avqustunda serblər Saraybosnadakı Markale bazar yerinə minomyotla hücum etdilər. Qırğında 45 adam həlak oldu, 85 nəfərsə yaralandı.

8. 28 avqust 1996-cı ildə Uels şahzadəsi Çarlz və şahzadə Diana boşandılar.

9. 2014-cü il 28 avqustda Türkiyənin 12-ci respublika başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içərək vəzifəyə başladı.

28 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli alman şairi, dramaturqu və mütəfəkkiri İohan Volfrans Höte 1749-cu ilin bu günü anadan olub. Hötenin yaradıcılığı alman poeziyası tarixinin ən parlaq səhifələrindəndir. Onun məşhur “Faust” faciəsi və “Gənc Verterin iztirabları” əsərləri çox dillərə tərcümə edilib və bu günə qədər oxunur. (1749-1832)

2. "Hərb və Sülh", “Anna Karenina” kimi bir çox məşhur əsərə imza atan, Rusiyanın tanınmış yazıçısı Lev Tolstoy 28 avqust 1828-ci ildə dünyaya gəlib.

3. Azərbaycan teatrının tanınmış aktrisası Vəfa Fətullayeva 1945-ci ilin bu günü anadan olub. 25 yaşından (1970) Dövlət Dram Teatrında çalışan aktrisa “Mahnı dağlarda qaldı”, “Məhəbbət əfsanəsi”, “Sən yanmasan”, “Heç nədən hay-küy”, “İblis” və digər teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Vəfa Fətullayeva 1987-ci ildə 43 yaşında həyatla vidalaşıb. Xatırladaq ki, o, Azərbaycan Dövlət Dram Teatrının nəhəng aktrisası Hökumə Qurbanova və teatrın baş rəssamı Nüsrət Fətullayevin qızı idi. (1945-1987)

4. 28 avqust Azərbaycanın unudulmaz xanəndəsi, xalq artsiti Rübabə Muradovanın xatirə günüdür. Uzun illər Opera və Balet Teatrının solisti olan R.Muradova “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Güclü və təsirli səsə, orijinal üsluba malik, muğam, təsnif və xalq mahnılarının əvəzsiz ifaçısı 1983-cü ilin bu günü 50 yaşında dünyasını dəyişib. (1933-1983)

5. 28 avqust 1935-ci ildə tanınmış yazıçı, şərqşünas Əlibala Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

6. 28 avqust 1948-ci ildə musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Babayev (1948 – 2.2.2003) anadan olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Qızıl hazırda bu qiymətə SATILIR

Qızıl hazırda bu qiymətə SATILIR

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Londonda azərbaycanlı qadın vəfat etdi

Londonda azərbaycanlı qadın vəfat etdi

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

Ukrayna gecə saatlarında Rostov vilayətinə hücum etdi

Ukrayna gecə saatlarında Rostov vilayətinə hücum etdi

Güləş turnirindən sonra qalibin atası öldürüldü

Güləş turnirindən sonra qalibin atası öldürüldü

Rusiya XİN: Qərb Cənubi Qafqazda Rusiyanı əvəz edə bilməyəcək

Rusiya XİN: Qərb Cənubi Qafqazda Rusiyanı əvəz edə bilməyəcək

Tramp bu gün Çinə yola düşür

Tramp bu gün Çinə yola düşür

İran aviasiyasını Pakistan və Əfqanıstana köçürüb?

İran aviasiyasını Pakistan və Əfqanıstana köçürüb?

Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı... - VİDEO

Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı... - VİDEO

Yazda pəncərənin qarşısına niyə qaşıq qoymaq lazımdır?

Yazda pəncərənin qarşısına niyə qaşıq qoymaq lazımdır?

BƏƏ İrandakı neft emalı zavoduna zərbə endirib

BƏƏ İrandakı neft emalı zavoduna zərbə endirib

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

End of content

No more pages to load

RADİO