Hindistanın Bihar ştatının Qaya şəhərində bir yaşlı körpə ilanı oyuncaq zənn edib və onu dişləyərək öldürüb.
Bizim.Media bu barədə "Hindustantimes" nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, uşaq evin terrasında oynayırmış və yanından sürünərək keçən ilanı oyuncaq zənn edib və bir neçə dəfə dişləyib . İlanı uşağın ağzından atası çıxarıb.
Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib. Tibbi presonal isə uşağın zəhərlənməməyinə görə şoka düşüb.
Daha sonra mütəxəssislər təyin edib ki, ilanın bu növü zəhərsizdir. Onun musson mövsümündə Hindistanda tez-tez rast gəlinən növ olduğu bildirilib.
Qeyd edilib ki, körpənin vəziyyəti hazırda normaldır.

Bizim.Media