Ağdamda 1990-cı il təvəllüdlü, Ağdam rayon Polis Şöbəsinin polis əməkdaşı Tural Fazil oğlu Niftəliyev ürək tutmasından dünyasını dəyişib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Tural Niftəliyevin xidmətdən kənar vaxtda yaşadığı evdə qəfl halı pisləşib.
Onun yaşadığı ünvana təcili tibbi yardım briqadası gəlsə də, 34 yaşlı polis əməkdaşını xilas etmək mümkün olmayıb.
Bizim.Media