Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib?

Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a övladı həmin tədris müəssisəsində oxuyan valideynlər bildiriblər.

Valideynlərin sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıb. Onlara növbəti tədris ilindən liseydə çalışmayacaqları bildirilib.

Məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmazla əlaqə saxladıq.

Liseyin rəhbəri saytımıza açıqlamasında Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanıldığını söylədi:

“Liseyimiz 1992-ci ildən fəaliyyət göstərir. Həmin vaxtdan iki ölkə arasında imzalanan müqaviləyə əsasən, tədris planında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənlərinin azərbaycanlı müəllimlər tərəfindən yalnız lise bölümündə (9-11-ci sinifləri əhatə edir) tədrisi nəzərdə tutulub. Hazırda həmin bölümdə bu dərslər heç bir problem olmadan davam edir. Bir müddət qeyri-qanuni olaraq ilk okul və orta okul bölümümüzdə (9-cu sinfə qədər) əsasnamədə nəzərdə tutulmayan halda sözügedən fənlər keçilirdi.Biz bu il həmin fənləri tədris edən müəllimlərimizə təşəkkür etdik, onların müqaviləsi bitmişdi və həmin müqaviləni uzatmadıq. Rəsmiyyətdə var olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası fənləri tədrisi davam etdirilir. Biz iki dövlət arasında imzalanan müqavilədə nə nəzərdə tutulubsa, onu əsas tuturuq”.

Qeyd edək ki, bundan əvvəl də liseydə oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı, qəbul imtahanında azərbaycanlı və türkiyəli şagirdlər arasında keçid balında fərq qoyulması ilə bağlı iddialar yayılmışdı. Məktəb rəhbərliyi isə yayılan iddianın əsassız olduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Dünyanın neft paytaxtı Bakı: Qədim şəhərsalma ənənələrindən müasir urbanistik inkişaf modelinə doğru - ARAŞDIRMA

Dünyanın neft paytaxtı Bakı: Qədim şəhərsalma ənənələrindən müasir urbanistik inkişaf modelinə doğru - ARAŞDIRMA

İspaniya 9 mindən çox Ukrayna əsgərinə təlim keçib

İspaniya 9 mindən çox Ukrayna əsgərinə təlim keçib

7 dəfə ərə gedən Seda Sayandan evlənmək istəyənlərə MƏSLƏHƏT

7 dəfə ərə gedən Seda Sayandan evlənmək istəyənlərə MƏSLƏHƏT

Sibiqа Ukraynanın sülh danışıqlarındakı "qırmızı xətlərini" SADALADI

Sibiqа Ukraynanın sülh danışıqlarındakı "qırmızı xətlərini" SADALADI

Bakıda bu şagirdlər 14 gün məktəbə GETMƏYƏCƏKLƏR

Bakıda bu şagirdlər 14 gün məktəbə GETMƏYƏCƏKLƏR

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

İran müharibəsi ABŞ-a neçəyə başa gəlib? - Pentaqon AÇIQLADI

Tiktoker "Eliş"ə hökm oxundu

Tiktoker "Eliş"ə hökm oxundu

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - FOTO

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü - VİDEO

Göyçayda QƏTL: arvadını qısqanıb öldürdü - VİDEO

End of content

No more pages to load

RADİO