Bu ilin altı ayı ərzində ölkə ərazisində baş verən 36 partlayış hadisəsi nəticəsində 22 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2023-ci ilin I yarımilliyi ilə müqayisədə 11 hadisə və ya 44% çoxdur. Partlayışlar zamanı 22 nəfər həlak olub, 65 nəfər isə xəsarət alıb.
Bizim.Media