Sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Bizim.Media report.az-a istiandən verir ki, hadisə "Saray körpüsü"ün yaxınlığında qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Namiq Sabir oğlunun idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən "Paz" markalı 10-JR-983 nömrə nişanlı avtobus, 2005-ci il təvəllüdlü Mirzəyev Cavidan İsmayıl oğlunun idarə etdiyi “Xəzər” markalı 20-EK-097 nömrə nişanlı avtomobillə toqquşub.
Cavidan Mirzəyev qapalı kəllə beyin travması ilə xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilsə də, aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media