Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, yığmamız AVRO-2026-nın seçmə mərhələsində mübarizəyə başlayacaq.
B qrupunda yer alan Fərid Cəlalovun yetirmələri ilk görüşünü Avstriyaya qarşı keçirəcək. Komandamız ilk sınağına səfərdə çıxacaq. AVRO-2026-nın seçmə mərhələsi B qrupu I tur 17 avqust 22:30. Avstriya – Azərbaycan
Qeyd edək ki, üç komandanın mübarizə apardığı qrupda Belçika millisi də yer alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media