Tanınmış türkiyəli aktyor Aydemir Akbaş 88 yaşında vəfat edib.
Bizim.Media “NTV”yə istinadən xəbər verir ki, bu barədə məlumatı onun meneceri Özgür Aksoy açıqlayıb.
Ö.Aksoy Akbaşın xərçəng xəstəliyinə görə müalicə aldığı xəstəxanada həyatını itirdiyini bildirib.
Qeyd edək ki, "Düş Yakamdan Osman" filmi ilə 1987-ci ildə rejissorluğa başlayan Akbaş "Kolpaçino" film seriyası, "Kutsal Damacana 2: It Men" "Alemde 1 Gece" və "Sünnet Çocuğu" kimi filmlərdə rol almışdı.


Bizim.Media