Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan dəmir sexinin yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, sexin qalan hissəsi və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Bizim.Media