Təl-Əvivdə Qətərdə aparılan danışıqlar fonunda girovların mübadiləsinə dair razılaşma tələbi ilə aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.
Qeyd edilir ki, HƏMAS nümayəndələri Doha danışıqlarında iştirak etmirlər. İsrail nümayəndə heyətinə isə “Mossad” kəşfiyyat xidməti və “Şin Bet” daxili təhlükəsizlik xidmətinin rəhbərləri daxildir. Reuters-in məlumatına görə, toplantıda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də iştirak edir.
Misir rəsmiləri danışıqların ilk günündən sonra bildiriblər ki, hər iki tərəf, yəni İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi razılaşması ilə bağlı hələ də ciddi fikir ayrılıqları var.
Sabah vasitəçilərin İsraillə danışıqları davam etdiriləcək.
Bizim.Media