Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəhrəmbəy kəndində qeydə alınıb.
1981-ci il təvəllüdlü A.Süleymanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə dərhal yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Ramin Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media