"Sabah" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İrlandiya “Sent Patriks"i ilə qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən görüş "Sabah"ın 0:1 məğlubiyyəti ilə başa çatıb.
İrlandiyadakı oyunda da eyni hesabla uduzan Azərbaycan təmsilçisi Konfrans Liqasında çıxışını başa vurub.
Qeyd edək ki, "Sent-Patriks" pley-offda “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
15 avqust
20:00. "Sabah" - "Sent Patriks" (İrlandiya) - 0:1
Qol: Zaxari Elbuzedi, 49
Qırmızı vərəqə: Sofian Çakla, 27 ("Sabah")
Baş hakim: Marsel Birsan (Rumıniya).
Masazır, "Bank Respublika Arena"
İlk oyun - 0:1
Bizim.Media