Şəmkirdə traktorun vurması nəticəsində 10 yaşlı uşaq dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Keçili kəndində baş verib.
Hərəkətdə olan kınd təsərrüfatı texnikası kənd sakini, 2014-ci il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub. Azyaşlı aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu