BİZİM TƏQVİM: 16 avqustda baş vermiş tarixi hadisələr

1905-ci ilin bu günündə Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hucumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda da həyat keçirmək cəhdləri baş tutmayıb. Erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi.

Bəs, avqustun 16-da dünyada daha nələr olub?

1. 1556-cı ilin 16 avqustunda İstanbulda təntənəli şəkildə Süleymaniyyə məscidi açıldı.

2. 1858-ci ilin bu günü Avropadan Amerikaya ilk teleqram göndərilib: ABŞ prezidenti Ceyms Bükenen okean aşan ilk teleqraf danışığını İngiltərə kraliçası Viktoriya  ilə edib. Bununla da dünya tarixində teleqrafdan istifadə etməklə qısa müddət ərzində informasiya çatdırılmasının bünövrəsi qoyulub.

3. 16 avqust 1868-ci ildə Perunun Arica şəhəri 8,5 gücündə zəlzələ ilə gələn sunami nəticəsində yerlə bir olub. 25 mini Aricadan olmaqla təxminən 70 min nəfər həyatını itirib.

4. 1906-cı ilin bu günündə Ümumrusiya müsəlmanlarının III qurultayı (Nijni-Novqorod) işə başlayıb. Avqustun 20-dək sürən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının (“İttifaqi-Müslimin”) proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Azərbaycanlı Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri secilib.

5. 1953-cü ilin 16 avqustunda İran şahı Rza Pəhləvi və xanımı Sürəyya baş nazir Musaddiki vəzifəsindən kənarlaşdıra bilməyincə İranı tərk etdilər.

6. 16 avqust 1960-cı ildə Stokholmda XI Beynəlxalq astronavtika konqresinin qərarı ilə Beynəlxalq Astronavtika Akademiyası yaradılıb. 

7. 16 avqust Qıbrız (Kipr) respublikasının milli bayramı – müstəqillik günüdür. Bu ölkə 1960-cı ildə istiqlaliyyətini elan edib. 

8. 1974-cü il 16 avqust tarixində Qıbrız (Kipr) Barış Hərəkatı çərçivəsində Türkiyə hərbi birlikləri Maqosa, Lefkoşa, Lefke xəttinin şimalında qalan bölgəni nəzarətə alıb və atəşkəs elan olunub. 1975-ci ildə qıbrız türkləri Kipr-Türk Federativ Dövləti, 1983-cü ildə isə xalqın istəyilə Şimali Qıbrız (Kipr) Türk Respublikası yaradıldığını elan ediblər.

9. 1976-cı ilin 16 avqustunda  psixotrop maddələr üzərində nəzarət haqqında Konvensiya qüvvəyə minib. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1971-ci il yanvarın 11-dən fevralın 21-dək Vyanada keçirilən konfransda psixotrop maddələr üzərində nəzarət haqqında Konvensiya qəbul edilib. Sənədi təxminən 160 dövlət imzalayıb.

10.  16 avqust 2008-ci ildə Yamayka atleti Usain Bolt Pekində keçirilən 2008 Yay Olimpiadasında 9.69 saniyə ilə 100 metrlik dünya rekordunu qırdı. Bir il sonra o, Berlindəki Dünya Atletizm Çempionatında rekordunu 9.58 saniyə ilə yenilədi.

16 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. "Sıravi dəlilik əhvalatları" başda olmaqla bir çox məşhur əsərə imza atan yazıçı Çarlz Bukovski 1920-ci ilin 16 avqustunda Almaniyada dünyaya gəlib. (1920-1994)

2. Azərbaycanın tanınmış yazıçısı və dövlət xadimi Şıxəli Qurbanov 1925-ci ilin bu günü dünyaya gəlib. Komediyalarında cəmiyyətin mənfi cəhətlərini satira atəşinə tutan yazıçı həm də Azərbaycan-Rusiya ədəbi əlaqələrinə dair tədqiqatların müəllifidir. Şixəli Qurbanov Sovet hakimiyyəti illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, Mərkəzi Komitənin baş katibi vəzifəsində çalışan zaman xalqın milli bayramı olan Novruzun rəsmi keçirilməsinə nail olub. (1925-1967)

3. XX əsrin tanınmış Azərbaycan fəlsəfi şairi Bəxtiyar Vahabzadə 1925-ci il 16 avqustda anadan olub. Bədii yaradıcılığa 18 yaşında başlayan şairin şeir, pyes və publisistik əsərlərindən ibarət 70-dən çox kitabı nəşr edilib. Bəxtiyar Vahabzadənin ictimai fəaliyyəti də dəyərli və əvəzsizdir. Azərbaycan tarixinin taleyüklü anlarında əsl vətəndaş mövqeyi nümayiş etdirən şairin xalqın yaşadığı Qanlı Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları və atdığı addımlar öz qətiyyəti ilə seçilib. (1925-2009) ⦁  Bu gün “Rok and roll” kralı Elvis Preslinin xatirə günüdür. Elvis 1977-ci ildə Qreyslenddə 42 yaşında dünyadan köçüb (1935-1977).

4. 16 avqust 1924-ci ildə məşhur tarzən, Əməkdar artist Əhsən Dadaşov (1924 –29.5.1976) anadan olub. 1960-cı ildə Azərbaycan Televiziyası və Radiosunun “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb. Hazırda kollektiv Ə.Dadaşovun adını daşıyır.

5. 16 avqust 1936-ci ildə tanınmış filosof, AMEA-nın müxbir üzvü Zakir Məmmədov (1936 – 2.3.2003) doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

End of content

No more pages to load

RADİO